Məhşur jurnalistin ölüm səbəblərini araşdırıb, cinayəti açmaq mənim üçün şərəf məsələsidir. Gununsesi.info xəbər verir ki, bunu məhşur jurnalist Pavel Şremetin ölümü ilə bağlı açıqlaması zamanı Ukrayna Milli polsinin rəhbəri Xatiya Dekanoidze deyib. “Unian.ua” xəbər verir ki, Milli polis rəisi X. Dekanoidze jurnalistin qətlə yetirildiyi hadisə yerinə gəlib. Hadisə ilə bağlı mövqeyini açıqlayan X. Dekanoidze bildirib ki, “Ukrainskaya pravda” mənim üçün hansı əhəmiyyət daşıdığını yaxşı bilirsiniz. “Pavel Şremet mənim yaxın tanışım idi. O birinci jurnalist idi ki, mən ona müsahibə vermişəm. O çox yaxşı jrunalist idi”-deyə, o vurğulayıb.
Polis rəisi onu da əlavə edib ki, hələlik cinayət hadisəsi ilə bağlı hər hansı versiya yoxdur: “Buna baxmayaraq biz araşdırırıq. Görək nə baş verib”.