Jurnalistin səhhəti ilə bağlı həkim rəyi bu gün açıqlanacaq

  • By admin
  • 15 Noyabr 2016 09:55

zabil

Bu gün jurnalist Zabil Müqabiloğlunun səhhəti ilə bağlı son qərar veriləcək.
Gununsesi.info aznews.az-a istinadən xəbər verir ki, jurnalist verdiyi məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasına köçürüləndən sonra ondan təkrar analizlər götürülüb:
“Bu gün konsilium olacaq, ya müalicə, ya da əməliyyat olmağımla bağlı həkimlər son qərarını açıqlayacaqlar. Səhhətim hansını imkan verirsə, onu da təyin edəcəklər. Orqan köçürülməsinə ehtiyac var. Həkimlər daha çox bu istiqamətdə çalışır”.
Z.Müqabiloğlu ona yüksək səviyydə diqqətin olduğunu da qeyd edib:
“Bura köçürüləndən sonra müalicənin effekti də yüksəkdir. Millət vəkili Əflatun Amaşov başqa olmaqla bəzi deputatlar mənim sağlamlığımla bağlı addımlar atırlar. Çox müsbət işarələr görünür”.
Jurnalist donor məsələsinə həkimlərin son qərarından sonra baxılacağını vurğulayıb.
Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında vəziyyəti ağırlaşıb. Daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya yerləşdirilən jurnalistin qara ciyərində problem yarandığı məlum olub.
Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

Gununsesi.info