
Böyük Britaniyanın Baş naziri Boris Conson jurnalistin sualına cavab vermək əvəzinə soyuducuda gizlənib.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, ölkədə dekabrın 12-də baş tutacaq parlament seçkiləri ərəfəsində süd müəssisəsinə baş çəkən Baş nazir jurnalistlərlə görüşüb.
Müxbirlərdən birinin sualına cavab verməkdə çətinlik B.Conson “mən bir saniyəyə qayıdıram” deyərək köməkçilərinin müşayiəti ilə soyuducuya girib.