Jurnalistin vəsatəti təmin olunmadı

  • By admin
  • 15 İyun 2017 13:16

 aziz

Nəsimi rayon Məhkəməsində Kanal-13″ internet televiziyasının həbsdə olan icraçı direktorunun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Gununsesi.info xəbər verir ki, vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.info