
“Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqova qarşı açılmış cinayət işi ilə bağlı görüşdə olduq. Görüşdə Fikrət Cəfərli və mən iştirak etdik, bu həbslə bağlı ətraflı müzakirələr getdi, atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparıldı”.
Bunu Gununsesi.info-ya siyasi fəal Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində analoji görüş keçirilib.
Qeyd edək ki, bu gün saat 16:00-da Binəqədi Rayon Məhkəməsində jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.
Bəxtiyar Hacıyev deyib ki, onlar Azərbaycan hakimiyyətini Elçin Sadıqovun vəsatətini təmin etdiyi kimi Əvəz Zeynallının da vəsatətini təmin edərək onu ev dustaqlığına buraxmalıdır.
Gununsesi.info