Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib

  • By admin
  • 20 İyul 2017 12:10

3-2

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var.

2-2 4