Jurnalistlər vəsiqə almaq üçün test versin – Deputatdan TƏKLİF

  • By admin
  • 10 Dekabr 2021 12:30

“Jurnalistlər test yolu ilə vəsiqə alsın.Vəkillər test verir sonra vəkillik hüququ qazanır. Bu jurnalistikaya da aid edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

HTML tutorial

“Çox təəssüf ki, jurnalistikaya bəzən savadsız insanlar məcbur soxulurlar. Bu üzdən test üsulu olması vacibdir ki, bilikləri müəyyən olunsun. Jurnalistlər digər qanunları- cinayət, inzibati , mülki qanunvericiliyi də bilməlidir. Peşə, davranış qaydalarını bilməyən jurnalistlər var ki, bu üsul onlar üçün daha effektiv olacaq. Bundan sonra kim bu sahəyə yiyələnmək istərsə gəlib məşgul olar və bu işinin öhdəsindən layiqincə gələr. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda yazı yazan jurnalistlərin hamının savadı mütləq yoxlanılmalıdır ki, sonra onların fəaliyyətinə icazə verilsin.Onların bilikləri test yolu ilə yoxlanılmalıdır. Jurnalistikaya ciddi nəzarət olunmalıdır”, -deyə deputat qeyd edib.

Gununsesi.info