Jurnalistlərin akkreditasiya QAYDALARI

  • By admin
  • 10 Dekabr 2021 13:02

Jurnalistlərin akkreditasiyası müəyyənləşir. 

Gununsesi.info xəbər verir ki, bu, Media haqqında” qanun layihəsinə əsasən, jurnalistlərin akkreditasiyası müəyyənləşməsi qaydası aşağıdakılardır:

HTML tutorial

– Media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.

–  Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə bilərlər.

–  Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.

– Media subyekti və jurnalist tərəfindən akkreditasiyadan keçdiyi qurumun işgüzar nüfuzunu ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdursa yaxud onlar tərəfindən akkreditasiya qaydaları pozulmuşdursa, həmin qurum jurnalisti akkreditasiyadan məhrum edə bilər.

– Media subyektinin jurnalist olmayan işçilərinin akkreditasiyası dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının müəyyən etdiyi akkreditasiya qaydalarına uyğun olaraq həmin qurumlar tərəfindən həyata keçirilir.

– Hərbi və fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə), dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında və terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər, habelə fəaliyyətinə bu Qanunun 70.2-ci maddəsində nəzərdə tutulmuş qaydada razılıq verilmiş xarici jurnalistlər tərəfindən həyata keçirilə bilər.

Gununsesi.info