Jurnalistlərin hüquqları heç də polisin, prokurorun hüquqlarından əskik olmalı deyil - RƏŞİD HACILI

  • By admin
  • 03 Noyabr 2022 15:28

“Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanun demək olar ki işləmir. Əgər işləyirsə, qanunvericilik bazasının 20-25 faizi informasiya üçündür. Çünki orada konkret sıralanıb ki, informasiyalar online internet resursları üzərindən yayılmalıdır. Onların heç 20 faizi yayılmır. Xüsusilə də, o məlumatlar ki, həssas məlumatlardır. Onlara çatım ümumiyyətlə çox çətindir”.

Bunu Gununsesi.info-ya açıqlamasında media məsələləri üzrə ekspert Rəşid Hacılı deyib.

HTML tutorial

Onun sözlərinə görə, halbuki bu publik olmalıdır: “Düzdür, get-gedə müəyyən irəliləyişlər görünür. Amma bu çox azdır. Jurnalistlərlə bağlı isə, həssas məlumatlara çatım problemdir. Jurnalistin məlumat almaq imkanı təkcə nazirdən nəyisə soruşması deyil, həm də nazirlikdə olan informasiyalar var, o informasiyalara çatmaq imkanıdır. Ona görə mən sizin sualınıza yox cavabı verərdim. Hər halda faiz dərəcəsi çox aşağıdır”.

Rəşid Hacılı hesab edir ki, ölkədə jurnalistlərin hüquqlarının qorunması, ifadə azadlığının cəmiyyətin inkişafı, demokratiyanın təmin olunması üçün dəyər olduğu hökümət tərəfindən qəbul olunmalıdır.

“Buna uyğun qanunun aliliyi təmin olunmalıdır. Jurnalistlərin müstəqil olaraq vəsait qazanması, müstəqil olaraq yaşaya bilməsi imkanları təmin olunmalıdır. Jurnalistlərin hüquqları heç də polisin, prokurorluğun və ya başqasının hüquqlarından əksik olmalı deyil. Bunların olması üçün dediyim kimi, qanunun aliliyi təmin olunmalıdır. Jurnalist işinin bir müstəqil biznes sahəsi olmasını, reklam bazarının formalaşması lazımdır. Bu təkcə qanunvericilik, qanunun aliliyi, iqtisadiyyat deyil. Çoxlu parametrlər var. Təəssüf ki, onların çoxu Azərbaycanda yoxdur”.

 

Günay

Gununsesi.info