“Jurnalistlər bağı”na səfər olacaq – Nazirlikdən DƏVƏT

  • By admin
  • 19 May 2021 17:04

“Zığ şossesinin kənarında, jurnalistlər tərəfindən salınmış “Yaşıl qələm” bağında əkilən meyvə ağacları artıq bar verib”.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi jurnalistləri “Yaşıl qələm” bağına dəvət edib:

“Həm əkdiyiniz ağaclara qulluq olunsun, həm də çay süfrəsi arxasında səmimi söhbət edək.

İştirak etmək istəyənlər mayın 21-də, səhər saat 10:00-da ETSN-nin binası qarşısında (“Elmlər Akademiyası”) olsun. Nəqliyyat vasitəsi bizim tərəfimizdən təşkil olunacaq”.

Xatırladaq ki, “Jurnalistlər bağı” 2019-cu il martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və jurnalistlərin iştirakı ilə Suraxanı rayonu ərazisində, Zığ şossesinin kənarında salınıb. Həmin gün jurnalistlər 3 hektarlıq ərazidə 2000 ədəd müxtəlif növ meyvə və zeytun ağacları əkiblər. Aksiyada 100-dən çox jurnalist iştirak edib.