Jurnalistlər “Coca-Cola” zavodu ilə tanış olublar

  • By admin
  • 27 İyul 2016 16:26

cola

 

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti Azərbaycan Milli Mətbuatının 141 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna infotur təşkil edib. Bu haqda Gununsesi.info-ya şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, infoturda iştirak edən jurnalistlər məhsulların və zavodda istehsal proseslərinin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun necə təmin olunması ilə yaxından tanış oldular. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin aparıcı mütəxəssisləri tərəfindən “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”, “Fuse Tea” və “Burn” kimi yüksək keyfiyyətli məhsulların istehsalı prosesində suyun təmizlənməsi, içkilərin hazırlanması, qablaşdırılması və çatdırılması haqda KİV nümayəndələrinə ətraflı məlumat verilib.

Jurnalistlər qarşısında çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel “Coca-Cola”nın Azərbaycandakı fəaliyyəti haqqında danışıb və qeyd edib ki, “Coca-Cola” Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Azərbaycanda fəaliyyətinə 1994-cü ildə Türkiyədə yerləşən “Coca-Cola İçecek” şirkəti tərəfindən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin təsis edilməsi ilə fəaliyyətə başlamış və bu günədək ölkə iqtisadiyyatına davamlı olaraq öz töhfəsini verməkdədir. “Bugünədək “Coca-Cola” şirkəti Azərbaycan iqtisadiyyatına 200 mln. ABŞ dollarına yaxın investisiya yatırıb, dövlət büdcəsinə isə 366 mln. manat həcmində vəsait köçürüb”.

Öz növbəsində zavodun direktoru Rəna Məmmədova qeyd edib ki, ötən il ərzində zavodda sayca altıncı olan müasir istehsal xətti istifadəyə verilib və bu məqsədlə 18 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. R. Məmmədovanın sözlərinə görə, şirkət fəaliyyəti müddətində hər zaman məhsulların keyfiyyəti və təhlükəsizliyində ən yüksək standartları uğurla təmin edir. Eyni zamanda, şirkət istehsal prosesində ekoloji tələblərə tam riayət etməklə yanaşı ən son texnologiyaları tətbiq edir. Cari ildə “Coca-Cola”nın Azərbaycandakı zavodunda texniki suların təmizlənməsi üçün yeni qurğu istifadəyə verilib ki, bunun da nəticəsində istehsaldan sonra təbiətə qaytarılan suyun da tam təhlükəsizliyi təmin edilir.

Qeyd edək ki, infotur çərçivəsində jurnalistlərə üzərində müxtəlif emosiyalar əks olunmuş yeni dəmir qablaşdırmada “Coca-Cola” hədiyyə olunub.

cola1

Gülnaz Qənbərli