Jurnalistlər həqiqətin üzə çıxarılmasında və hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayır - AVROPA ŞURASI ÜZV ÖLKƏLƏRƏ SƏSLƏNDİ

  • By admin
  • 04 May 2021 12:33
may – Ümumdünya Mətbuat Azadlığı ilə bağlı birgə bəyanatda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və Almaniyanın federal ədliyyə naziri Kristin Lambrext (Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir) Avropanın bir çox yerlərində jurnalistlərə hücumlar və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bildiriblər:

“İfadə azadlığı hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində təsbit edilib ki, bunu Avropa İttifaqının 27 üzvü daxil olmaqla, Avropa Şurasının üzvü olan 47 dövlət öz üzərinə götürüb.

Demokratiya şəraitində jurnalistlər həqiqətin üzə çıxarılmasında və hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayırlar. Onların vəzifəsi vətəndaşların vaxtında, dəqiq və etibarlı məlumat əldə etməsini təmin etməkdir ki. Covid-19 pandemiyası kontekstində bu, daha da əhəmiyyət daşıyır.

Kütləvi informasiya vasitələri dövlətin və hakimiyyətin böhrana qarşı hərəkətlərini öyrənmək və tənqid etmək hüququna malik olmalıdır. Lakin Avropa Şurası ilə işləyən vətəndaş cəmiyyəti təşkilatları koalisiyasının yeni hesabatı göstərir, bir çox jurnalistlər bu mühüm rolu yerinə yetirərkən artmaqda olan maneələrlə üzləşirlər.

Təəssüf ki, biz həmçinin kütləvi nümayişləri işıqlandıran jurnalistlərə qarşı artan hücumların və təhdidlərin də şahidi olduq. Bu, qəbuledilməzdir. Jurnalistlər üçün reportajların sərbəst və təhlükəsiz aparılması heç zaman olmadığı qədər vacibdir.

Avropada ifadə azadlığına yardım hazırda Almaniyanın sədrlik etdiyi Avropa Şurasının əsas məqsədidir. Avropa tədricən pandemiyadan çıxdıqca bütün hökumətlər gələcəkdə bizim fikrin ifadə edilməsi azadlığına ümumi sadiqliyimizi böhranlara qarşı daha güclü və davamlı etmək üzərində çalışmalıdırlar”, – bəyanatda qeyd edilir.

Vətəndaş cəmiyyəti təşkilatlarının sözügedən hesabatında Azərbaycana dair bölmədə deyilir:

Azərbaycanda Qarabağ müharibəsi zamanı ciddi məhdudiyyətlər tətbiq edilib. Feysbuk, Tviter, Votsap, Yutub  və digər sosial şəbəkələr bu müddətdə Rabitə Nazirliyi tərəfindən dəfələrlə bloklanıb.

Bir neçə xarici jurnalistə ölkəyə daxil olmaq qadağan edilmişdi, akkreditasiya alanlar isə Frans 24-ün xüsusi müxbiri Ketrin Norris Trent kimi  sərbəst hərəkət edə bilmirdilər.

Dağlıq Qarabağa gələn reportyorlar Azərbaycan hakimiyyətinin qara siyahısına düşüblər. Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı Dağlıq Qarabağa icazəsiz daxil olan jurnalistlərin təhlükəsizliyinə görə məsuliyyət daşımır.

Tövsiyələr

Azərbaycan və Ermənistan mülki şəxslərə qarşı beynəlxalq hüquqa dair öhdəliklərinə əməl etməlidirlər. Jurnalistlərə hücumlar hərbi cinayət sayılır. Silahlı münaqişəyə cəlb olunmuş dövlətlər öz silahlı qüvvələrinə və polisə göstəriş verməlidir ki, jurnalistlərə lazımi yardım göstərsinlər. Onlar inzibati maneələri aradan qaldırmalı və viza rejiminin sadələşdirilməsi, müvafiq əraziyə giriş, lazımi yardımın göstərilməsi də daxil olmaqla jurnalistlərin imkanlarını asanlaşdırmalı, məhdudlaşdırıcı tədbirlər tətbiq etməməli, akkreditasiyadan məhrum etməməlidirlər. Bu, həm yerli, həm də xarici jurnalistlərə aiddir.