“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC ilə bağlı məhkəmə işi icraata götürülüb.
Sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmə işi hakim Rufan Mürsəlovun icraatındadır.
“Arazavia” MMC-nin qanuni təmsilçisi Dilşad Camşidovna Əmirovadır. MMC-nin nizamnamə kapitalı 40 AZN-dir.
Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovadır. (32gun.az)