Kəlbəcərə yeni polis rəisi təyin edildi

  • By admin
  • 08 Noyabr 2017 22:22

Kəlbəcər Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. Gununsesi.info bildirir ki,  Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis polkovnik-leytenant Haqverdi Əkbərov Kəlbəcər RPŞ-yə rəis təyin edilib.

Qeyd edək ki, H.Əkbərov bundan öncə Daşkəsən rayon polis şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Bir həftə öncə Kəlbəcər rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilən Asim Abdullayev isə sərəncama götürülüb.

Gununsesi.info