Kəlbəcər balı nə vaxt satışa çıxarılacaq? – RƏSMİ

İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində istehsal olunan arıçılıq məhsulları satışa çıxarıla bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, nazirliyin pilot layihəsi kimi həyata keçirilən proses çərçivəsində arıçıların Kəlbəcərə yerləşdirilməsi baş tutub:

“Bundan sonra Kəlbəcərdə arıçılıqla məşğul olan sahibkarlar istehsal edilən balı istədikləri şəkildə satışa çıxara bilərlər. Bu, onların fərdi səlahiyyətindədir”.

Məlumat üçün bildirək ki, bu il qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə arıçılarla görüşüb, səmimi söhbət ediblər.

Gununsesi.info