Kəlbəcər icra hakimiyyətində Ağdaban faciəsi anılıb - FOTOLAR

  • By admin
  • 08 Aprel 2022 17:43

Ağdaban faciəsinin 30-cu ildönümü qeyd edilib.

Anım günü mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil edilərək, karantin qaydalarına riayət olunması təmin edilmişdir. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, faciənin canlı şahidləri olan Ağdaban kəndinin sakinləri iştirak edib.Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, eləcədə soyqırıma məruz qalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ağdaban faicəsindən bəhs edən film nümayiş etdirildi.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. H.Misirov onuda vurğulayıb ki, Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb.Bu gün ağdabanlılar Ağdaban kəndində faicə qurbanlarını yad edirlər.Digər çıxış edən “Kəlbəcər Harayı” rayon qəzetinin baş redaktoru Zahid Muxtar, hadisəyə şahidlik etmiş Ağdaban kənd sakinləri Yaşar Məmmədov, Əliyyədin Orucov və Qabil Mamedov bildiriblər ki, bu gün hər bir azərbaycanlı kimi onlarda şaddırlar, doğmalarının qisaslarını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və onun məğrur ordusuna minnətdardırlar. Eyni zamanda bütün bəşəriyyətə və inanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulamışdırlar.


Gununsesi.info