Kəlbəcərli məcburi köçkün Baş Prokurorun qəbuluna düşmək istəyir.
Gununsesi.info xəbər verir ki, Kəlbəcər rayon sakini Rübabə Qənbərova redaksiyamıza müraciət edərək bildirib ki, oğlu Qənbərov Bəkir Qanboy oğlu 29.07.2023-cü il tarixində bir neçə şəxs tərəfindən Bakı şəhər Suraxanı rayon ərazisində öldürülmüşdür.
Təəssüf ki, Suraxanı rayon Prokurorluğu bir nəfəri məsuliyyətə cəlb etməklə cinayətin tam açılmasında maraqlı deyil.Müstəntiqə bildirdikdə deyir ki, “əlin hara uzundur get, şikayət elə. Mən bilirəm necə edirəm”. Mən vətəndaşa belə cavab verən müstəntiqin indi ki, zamanda olmasını təsəvvür edə bilmirdim.
10.10.2023-cü il tarixində Baş Prokuror Kamran Əliyev Gəncə sakinlərinin problemləri ilə maraqlanmaq üçün cənab Prezidentin tapşırığı ilə qəbul keçirdiyini öyrəndim və 09.10.2023-cü il tarixində qəbula yazılmaq üçün Gəncə şəhər Prokurorluğuna yaxınlaşdım. Gəncə şəhər Prokurorluğunda mənə bildirdilər ki, Baş Prokuror Suraxanı Prokurorluğunda olan işlərlə bağlı vətəndaş qəbulu keçirmir. O zaman sual olunur, Suraxanı rayon Prokurorluğu Baş Prokurora tabe deyilmi?
Hörmətli Kamran müəllim, cənab Prezidentin tapşırığı ilə regionlarda qəbul keçirməsində məqsəd vətəndaşların problemi ilə yerində maraqlanmaqdır. Gəncə şəhər Prokuroluğunun məntiqi ilə Baş Prokuror Bakıda vətəndaşı qəbul edəndə də deyəcəklər ki, Gəncə sakinisən ora baxmırlar. Gəncə şəhər Prokurorluğunda məni qəbula yazmayanda barmağımı dişlədim ki, “ey dili qafil müstəntiq ona görə deyirmiş ki, əlin hara uzundur şikayət elə”. Yəni qısacası, məndən şikayət eləməyə yer yoxdur. Ancaq mən əminəm ki, Sizin redaksiya vasitəsi ilə Baş Prokuror hörmətli Kamran Əliyev, mənim səsimi eşidəcək, oğlumun işini şəxsi nəzarətinə götürərək işi Baş Prokurorluğun istintaq idarəsinə gətirəcək.
Öncədən təşəkkür edirəm!
Gununsesi.info