Kəlbəcər RİH başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

  • By admin
  • 09 Mart 2020 17:40

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Gununsesi.org xəbər verir ki, ölkə başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

A. Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilib.

Gununsesi.org