Kəlbəcər şəhidlərinin xatirəsinə abidə kompleksi inşa olunur

  • By admin
  • 01 Mart 2021 17:24

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksində aparılan işlərlə tanış olub.

Bu  barədə Gununsesi.info-ya adıçəkilən rayonun icra hakimiyyətindən bildirilib.

“30 ilə yaxın müddət ərzində erməni silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlarımızı, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev torpaqlarımızın azadlığı üçün gecə-gündüz, yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin, xalqımızın iqtidarla birliyinin, ordumuzun rəşadətinin və bu birlikdən yaranan dəmir yumruğun hesabına azad etmişdir. Azərbaycan ordusu 44 gün müddətinə şanlı qələbə tarixi yazaraq öz adını qalib ordular sırasına yaza bildi.Xalqımız öz rəhbərinin arxasınca birləşib, vahid qüvvə şəklində ordusunun yanında olduğunu və hər zaman əsgərinə, dövlətinə sahib çıxdığını dünyaya nümayiş edirdi.
Vətən müharibəsində oğullarımız ərazi bütövlüyünün bərpası uğrunda ölümün gözünə dik baxaraq şəhadətə yürümüş və ölümsüzlük qazanmışdır.Kəlbəcər rayon sakinləri də, həm ön cəbhədə həm də, arxa cəbhədə vətən müharibəsində fəallıq göstərmişdirlər.Vətən müharibəsində onlarla rayon sakini şəhid və qazi olmuşdur”.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Göygöl rayon Murovdağ qəsəbəsində daxili imkanlar hesabına inşa edilən abidə kompleksində aparılan işlərlə yerindəcə tanış olub, abidə və ətrafında aparılan abadlıq işlərinə baxış keçirib, abidənin özündə, eləcə də ətrafında əsaslı şəkildə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri barəsində lazımi tövsiyyə və tapşırıqlarnı verib.

Gunubsesi.info