Kəlbəcər rayonundan məcburi köçkün, Gəncə şəhərində məskunlaşan Qənbərova Rübabə Qurban qızı oğlu Qənbərov Bəkir Qanboy oğlunun Bakıda Suraxanı rayonunda yaşadığı evdə 3 nəfərin əlbir olaraq öldürməsi ilə bağlı aparılan istintaqdan narazıdır.
Bununla bağlı o, Gununsesi.info-ya müraciət edərək müraciətinin işıqlandırılmasını xahiş edir.
Rübabə Qənbərova bildirir ki, keçən ay Gəncə şəhərində Baş Prokuror Kamran Əliyevin qəbulunda olub. O, qəbula yazılmaq istəyərkən Gəncə şəhər Prokurorluğu Suraxanı rayon Prokurorluğunun basqısı ilə onu qəbula yazmaq istəmirmiş. Lakin mətbuat vasitəsi ilə Kamran Əliyevə müraciət etdikdən sonra Baş prokuor onu qəbul edib və söz verib ki, bu iş onun şəxsi nəzarətinə götürüləcəkr.
“Lakin bu belə olmadı. Suraxanı rayon Prokurorluğu işi “tez bazar” bağlamaq istəyir. Bu gün müstəntiq cinayət işinin yekunlaşdığını, üç nəfər içində yalnız bir nəfərin ölüm işi üzrə məsuliyyətə cəlb edildiyini bildirdi. Biz hər bir dərdimizin araşdırılmasını cənab Prezdentdən xahiş edəcəyiksə, bu məmurlar nə işə yarayır?” – deyə Rübabə Qənbərova saytımıza müraciətində bildirir.
O, son çarə kimi, Bakıya gəlib, “Prezident Adminstarsiyasının qarşısında mətbuat vasitəsi ilə səsini cənab Prezidentə çatdıracağını” bildirir. Eyni zamanda, qeyd edir ki, Suraxanı rayon Prokurorluğunun özbaşınalığını Baş prokurora şəxsən çatdırsa, da yenə də bir tədbir görülməməsi onu çox narahat edir. “Bu onu göstərir ki, ya cinayətkar çox güclüdür, ya da Suraxanı rayon prokuroru acizdir”, – deyə şikayətçi bildirib.
Gununsesi.info yazıda adıçəkilən qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir
Gununsesi.info