Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində baş verib.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayon Qamışlı kənd sakini 1962-ci təvəllüdlü R.Baxışov kənd ərazisində qayadan yıxılıb. 63 yaşlı kişi hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.












