Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu verildi

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevə şəhid statusu verilib.

Gununsesi.info xəbər verir ki, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info