Kəlbəcərdə selin apardığı kişinin meyiti tapıldı

  • By Mina
  • 12 Aprel 2024 17:28

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel suları aparıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov vəfat ediblər.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info