Kəlbəcərdə yük maşını aşdı, sürücü xəsarət aldı -FOTO

Kəlbəcərdə yük maşını aşıb, sürücü xəsarət alıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində “Volvo” markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

Gununsesi.info