Rəsmi Yerevan işğal altındakı Dağlıq Qarabağ torpaqlarını Ermənistan birləşdirəcək 3-cü yolun tikintisinin anonsunu vermişdi.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, 26 kilometr uzunluğundakı yol Kəlbəcərin rayon mərkəzini Ermənistanın Qeqarkunik vilayətində yerləşən Norabak kəndi ilə birləşdirəcək.
“Uzunluğu 26 kilometr olan yol ilin sonuna qədər isitfadəyə veriləcək. Kəlbəcərdə (erm.Karvaçar) yaşayan 700 sakin bu yol vasitəsilə Ermənistana birbaşa gedə biləcək”- deyə Qarabağdakı işğalçı rejimin rəsmi nümayənədi Unan Tadevosyan açıqlamasında deyib.
Separatçı qurum rəsmisi Kəlbəcərdən ötən il istifadəyə verilmiş Vardenis-Ağdərə yoluna qədər olan 18 kilometr yolu da asfaltlaşdıracaqlarını deyib.
Gununsesi.info