Kəlbəcərli ailələrə bayram hədiyyələri verilib - FOTOLAR

  • By admin
  • 30 Dekabr 2016 15:57

kelbecer

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmirəyliyi günü və qarşıdan gələn 2017-ci il Yeni il bayramı münasibəti ilə bir qrup aztəminatlı məcburi köçkün ailəsi ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, C.Qurbanovun nümayəndəsi Həbib Misirov keçirilən görüşdə bildirib ki, bir neçə gün öncə Prezident İlham Əliyev bütün dünyada yaşayan Azərbaycan ailələrini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl bayramı münasibətilə təbrik edib, hər bir azərbaycanlıya ən xoş arzu və diləklərini yetirib.

Millət vəkili C.Qurbanovun göstərişinə əsasən mütəmadi olaraq Kəlbəcər rayonundan məcburi köçkün düşən nisbətən aztəminatlı, şəhid ailələri, müharibə iştirakçıları olub sağlamlıqlarını itirmiş və sosial qayğıya ehtiyacı olan insanların özləri və ailələri ilə görüşlər keçirilir. Bu günkü görüşdə bayram ərəfəsində sosial qayğıya ehtiyacı olan bir qrup insanlar və onların ailə üzvləri iştirak edib.

Tədbirin sonunda bir daha tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edilib, onlara bayram hədiyyələri təqdim olunub.

kelbecer1 kelbecer2

Gununsesi.info