“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən mütəmadi olaraq seçicilərlə görüşlər keçirilir və onların problemləri dinlənilir.
Gununsesi.info xəbər verir ki, növbəti qəbul fevralın 20-də keçirilib.
Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilmiş, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirilib.
Məlumat verilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Qəbulda 37 nəfər seçici iştirak edib.
Qeyd edək ki, Millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.
Gununsesi.info