Kəlbəcərli vəkildən sabiq icra başçılarının söz savaşına reaksiya - ONLARIN HƏR İKİSİ...

  • By admin
  • 11 Aprel 2019 22:18

 

Xəbər verdiyimiz kimi Kəlbəcərin işğalının növbəti ildönümündə rayonun sabiq icra başçıları Sahib Əkbərov və İlham Həsənov arasında sosial şəbəkələrdə qarşılıqlı ittihamlar yayılıb.

Hər iki şəxs bir-birinə qarşı qeyri-etik ifadələrdən istifadə etməklə rayonun işğalında bir-birini günahlandırıb.

Bu arzuolunmaz polemikaya reaksiya verən əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərov fikirlərini Gununsesi.org-a bölüşüb: “Facebook-dakı “Kəlbəcər Həsrəti” səhifəsində  keçmiş icra başçıları işləmiş İlham Həsən və Sahib Əkbərov bir birlərinə qarşı kəskin ittihamlar səsləndirməsi və bu ittihamlardan öz məqsədləri üçün istifadə edən “ələkçinin qılverənləri”nin məharətlə istifadə edərək mövzunu qızışdırmaq istəməsi məni çox üzdü. Hər iki şəxs Kəlbəcərin yaxşısı və pisi ilə ən azından müstəqil qərar qəbul edən icra başçıları olub. Əl oyuncağı olmayıblar. Səhvləri olması da qaçılmazdır. Ancaq mən tam məsuliyyətlə deyə bilərəm ki, hər iki şəxs vətənini və xalqını sevən, yeri gəlsə vətən üçün canlarından keçən insanlardır. Mən Kəlbəcərlilərdən xahiş edirəm ki, bu cür təxribatlara uymasınlar, birlik lazım olduğu məqamda parçalanmalarına imkan verməsinlər! “Kəlbəcər Həsrəti”FB səhifəsinin adminindən xahiş edirəm ki, həmin statusda təxribat xarakterli rəyləri silsin!”

Gununsesi.org