Kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdilər – Deputat

Avqusun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.

Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub və Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb.

HTML tutorial

İlham Əliyev Kəlbəcərdə çıxış edərkən bir sıra önəmli mesajlar da verib.

Azərbaycan Prezidentinin Kəlbəcər səfəri işğalçı Ermənistanda da diqqətlə izlənilib.

Qeyd edək ki, Prezident və birinci xanımın Kəlbəcər səfəri cəbhə bölgəsində gərginliyin davam etdiyi zamana təsadüf edib.

Belə bir dövrdə ölkə başçısının Kəlbəcər və Laçına səfər etməsi nəyə işarədir?

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Modern.az-a deyib ki, Prezidentin belə bir zamanda səfəri hər kəsin səbirsizliklə gözlədiyi bir addım idi:

“Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş bölgələrə səfər etmişdi. Onun Kəlbəcərə nə zaman gedəcəyini səbirsizliklə gözləyirdik. Çox şükürlər olsun ki, bu səfər baş tutdu. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçına səfər etdilər. Ölkə başçısı hansı əraziyə qədəm qoyursa ora yeni bir nəfəs, həyat gəlir. Bu səfərin baş tutması səbəbi ilə bütün kəlbəcərlilər bir-birilərini təbrik edirdilər.
Qeyd etmək lazımdır ki, Prezidentin bu səfərinin hansı məqamda baş tutduğuna nəzər yetirməliyik. Bildiyimiz kimi, Ermənistan tərəfi son zamanlar davamlı olaraq sərhəd bölgələrində atəşkəsi pozur, müxtəlif yalan iddialarla çıxış edir. Belə bir məqamda Prezidentimizin Kəlbəcəri səfəri və orada Azərbaycanın üçrəngli bayrağını dalğalandırması bir daha dünyaya Ermənistanın hansı xislətin sahibi olduğunu sübut etdi.
Cənab İlham Əliyev Kəlbəcərdə vurğuladı ki, hazırda monitoriq aparılır, müharibə nəticəsində Azərbaycana dəymiş ziyan müəyyənləşdirili və zaman gələndə Ermənistan tərəfi bunun təzminatını ödəyəcək. Eyni zamanda, xarici şirkətlərin vaxtilə işğal altında olmuş ərazilərdəki qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər qaldırılıb və onların da təzminatı ödəməsə, məhkəməyə veriləcəyi bir daha vurğulandı”.


Deputat qeyd edib ki, Ermənistan Azərbaycanın tələblərinə əməl etməsə, “dəmir yumruq” yenidən işə düşə bilər:

“Prezidentin bu səfərinin əhəmiyyəti bölgənin inkişafı üçün vacib olan Göygölün Toğana kəndindən Kəlbəcərə çəkiləcək tunel yolunun təməlqoyma mərasimində iştirak etməsidir. Burada maraqlı məsələlərdən biri də Kəlbəcər balının keyfiyyəti barədə danışılan nüans idi. Ümumiyyətlə, Prezidentin Kəlbəcərə və Laçın istiqamətinə səfəri hər kəs tərəfindən alqışlanır. Prezident Kəlbəcərin mərkəzində bayrağımızı qaldırıb həqiqətləri dünya ictimaiyyətinə çatdırdı”.

Gununsesi.info