Kəlbcərdə traktor aşdı, ölən var

  • By admin
  • 23 Noyabr 2022 10:08

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndi ərazisində qeydə alınıb.

HTML tutorial

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Report”a bildirib ki, faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırma aparılır.

Gununsesi.info xatırladır ki, vəfat edən şəxs AXCP fəalı olub.

Günay

Gununsesi.info