Kəmaləddin Heydərov generala yüksək vəzifə verib

  • By admin
  • 23 Dekabr 2021 15:02

Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Gununsesi.info