Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Hacıqabulda Hacıqabul və Şirvan sakinlərinin qəbulunu keçirib.
Gununsesi.info xəbər verir ki, rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.