Kəmaləddin Heydərov Zəfər parkında - Video

Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.