Kəmaləddin Heydərov zəlzələlərdən danışdı

“Son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, zəlzələ hər zaman olur və baş verəcəyi vaxt bilinmir:

“Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanıb və proses hər zaman davam edir”.

Gununsesi.info