Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.
Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Gununsesi.info