Kəmaləddin Heydərovdan yeni təyinatlar

  • By Mina
  • 02 Aprel 2024 15:15

Fövqaladə Hallar nazirliyində (FHN) yeni təyinatlar olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leyenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin edilib.

Digər əmrlə isə FHN-nin Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov tutduğu vəzifədən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

Nazir, həmçinin FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini, mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.

Gununsesi.info