Kəmaləddin Heydərovla Rövnəq Abdullayev qəza yerində

  • By admin
  • 16 Dekabr 2016 12:41

unnamed

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.
Anar
Gununsesi.info