“Gilan Holdinq” MMC cərimələnib.
Gununsesi.org BakuPost.az-a istinadən məlumat verir ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti 896.628,8 ABŞ dolları məbləğində cərimələyib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.
“Gilan Holdinq” MMC qərardan apelyasiya şikayəti verib.