Kənan Doğulu Bakıda - konsert verib

  • By admin
  • 20 May 2018 14:02

Türkiyəli müğənni Kənan Doğulu Bakıya gəlib.

Sənətçi ötən gün Bakı Konqres Mərkəzində konsert verib.

Doğulu səhnəyə əlində Azərbaycan və Türkiyə bayrağı olan qızların müşayiəti ilə çıxıb. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən sənətçi tamaşaçılarla söhbətlərdə edib. Doğulunu dinləməyə gələnlər arasında sənət adamları da yer alıblar.