
Bu gün sosial şəbəkədə “AZTV”-nin “Müasir Azərbaycan Gənci” (MAG) verilişinin efirə getməyən kadrları yayımlanıb.
Video görüntülərdə Vüsal Rzasoy adlı gəncin etnik-rok musiqisi tərzində səsləndirdiyi “Ayə, hareyə gedirsən, ayə?” ifası qısa zamanda sosial şəbələrdə ən çox müzakirə olunan məsələyə çevrilib.
Gununsesi.info xəbər verir ki, rejissor Kənan MM Vüsalın bu ifasına özünə məxsus cavab çarxı hazırlayıb. Kənan sözügedən videosunu “Naxçıvanlının dueti. Gənclərə dəstək olmaq lazımdır” şərhi ilə paylaşıb.
Kənanın “Ayə, hareyə gedirsən, ayə?”yə cavabını təqdim edirik:
Gununsesi.info