“Kənan-Turan” MTK-nın tikdiyi binanın “zibil”nə sakinləri düşdü - FOTOLAR

  • By admin
  • 29 Noyabr 2016 15:56

img-20161129-wa0005

Xırdalan şəhəri  Məmməd Əmin Rəsulzadə küçəsi 1260-cı məhəllədə yeni tikilən 12 mərtəbəli binaların sakinləri piket keçirir.

Aksiya keçirən sakinlərdən  Akif Kərimovun Gununsesi.info-ya verdiyi məlumata görə, buna səbəbə noyabrın 28-dən etibarən “Azərişıq”ın əməkdaşlarının 230 ailənin yaşadığı 2 binanın elektrik enerjisindən məhrum etməsidir:

“Yaşadığımız   çoxmərtəbəli binaları  inşa edən “Kənan-Turan” MTK-nın  “Azərişıq”a 8 min manat , “Azərsu”ya isə 12 min manat borcu var.  Şirkət həmin borcu tikinti apardığı zaman  yaradıb. İki gündür qışın bu çağında nə işıq, nə qaz, nə də su var. Millət tökülüb aşağı. Özü də tikinti şirkətinin yeyintisindən dolayı. Şirkət rəhbərliyi isə qaçıb. Ortaya çıxan yoxdur ki, problem həll edilsin”-, deyə o bildirib.

img-20161129-wa0001 img-20161129-wa0002 img-20161129-wa0003 img-20161129-wa0004

Gülnaz Qənbərli

Gununsesi.info