Kəndə girib 38 nəfəri öldürdülər

  • By arzu
  • 15 İyun 2020 10:46

“Qərbi Afrika İslam Dövləti” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Qoni-Usmanti kəndinə hücum edərək 38 nəfəri öldürüb

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Fransa Presse agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yerli polisin rəhbəri Babakura Kolo bildirib ki, ölənlər arasında terrorçularla sona qədər vuruşan 6 polis var.

O qeyd edib ki, terrorçular iyunun 13-də Qoni-Usmanti kəndinə girərək, bazara atəşə tutub, daha sonra insanlarla dolu yük maşınını yandırıb. Babakura Kolo bu baxımdan qurbanların arta biləcəyini söyləyib.

Yerli sakinlər kəndə hücumdan bir neçə saat sonra yaraqlıların 60 km məsafədə yerləşən Monquno şəhərinə hücum edərək 15 nəfərin öldüyünü iddia edir.

Polis əməkdaşı Bukar Arinin sözlərinə görə Monqunoda 9 yaraqlı və bir polis ölüb: “Yerli sakinlərdən də ölən olub”.

Monquno İctimai Təhlükəsizlik Şurasının üzvü Məhəmməd İbrahim Nigeriya Hərbi Hava Qüvvələrinin terrorçulara zərbə edirərək onları geri çəkilməyə məcbur etdiyini bildirib.

Məlumat üçün bildirək ki, “Qərbi Afrika İslam Dövləti” 2015-ci ildə “Boko Haram” terror qruplaşmasının bir qolu olaraq yaradılıb.

 

Gununsesi.org