Qaz sızması nəticəsində kənd icra nümayəndəliyi partladı.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, hadisə Ermənistanın Lori vilayətinin Meç Parni kəndində qeydə alınıb.
Yanvarın 3-də səhər saatlarında kənd icra nümayəndəliyində partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Partlayış nəticəsində bina yararsız hala düşüb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.
Gununsesi.info