Nazirlər Kabinetinin 5 avqust 2009-cu il tarixli “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” qərarında nəzərdə tutulan maliyyə təminatlarının yenidən nəzərdən keçirilməsi təklif olunur.
Gununsesi.info-nun xəbərinə görə, bildirilib ki, kənd yerlərində fəaliyyət göstərən tibb müəssisələrinə həkim və orta tibb işçilərinin cəlb olunmasını stimullaşdırmaq məqsədilə müəyyən edilmiş maliyyə mexanizmləri mövcud sosial-iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır.
Təklifə əsasən, həmin təminatların artırılması və ya yenilənməsi regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, kadr çatışmazlığının aradan qaldırılmasına və tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsinə töhfə verə bilər.
Dəyişikliklərin dövrün sosial-iqtisadi tələbləri nəzərə alınmaqla həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
Orxan











