Kənd təsərrüfatı məhsulları 10.4 faiz bahalaşıb

  • By admin
  • 13 İyul 2017 12:42

kend-teserrufati

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının  qiyməti 10,4 faiz bahalaşıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bitkiçilik məhsullarının qiyməti 8,6 faiz, heyvandarlıq məhsullarının i qiymətləri isə 12,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşmış, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Vüsalə Rüstəmova

Gununsesi.info