Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi artdı

  • By admin
  • 23 Mart 2022 09:10

Cari ilin fevral ayında yanvarla müqayisədə kənd təsərrüfatı məsullarının istehsalçı qiymətləri indeksi 101,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 102,3 faiz, heyvandarlıq məhsulları üzrə 100,2 faiz təşkil edib.

Gununsesi.info-nun xəbərinə görə, Dövlət Statistika Komitəsindən  bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 101,6 faiz olub.

Gununsesi.info