Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktorunu vuran sürücü yaxalanıb

  • By admin
  • 03 Oktyabr 2016 14:04

 

hebs

Ötən həftə naməlum avtomobil tərəfindən vurulan piyadanın kimliyi bəlli olub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən həmin şəxs   Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.

Qeyd edək ki,  hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində naməlum avtomobil yolu keçən F.Bayramovu vurub və qaşıb.

Xatırladaq ki,  Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – paytaxt sakini Emin Günəşli tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info