“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” da qanun olacaq

  • By admin
  • 25 Yanvar 2017 11:44
milli-meclis
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır.
Gununsesi.info xəbər  verir ki, adıçəkilən qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb.
Qanun layihəsi barədə məlumat verən MM-in Aqrar siyasət komitəsinin sədri Eldar  İbrahimov bildirib ki,  qanun hazırda  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır və may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Komitə sədri bildirib ki, hazırda  kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun  olsa da, mövcud qanun günün tələbələrinə cavab vermədiyindən işləmir.
“Ona görə də  bu sahədə sığorta sisteminin tətbqi üçün müasir dövrün  tələblərinə  cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və  bu layihə  may ayınadək hazır olacaq”.
Mürtəza
Gununsesi.info