“Kəpəz”ə daha üç futbolçu qoşuldu - FOTO

  • By admin
  • 18 İyul 2017 20:43

kapaz-3

Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.

Gununsesi.info kluba istinadla xəbər verir ki, komandanın Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, malili Dialo Samba və braziliyalı Ferreyra Das Çaqas Dedimar iştirak edirlər.

Dedimar müdafiəçi, Laki hücumçu və Samba isə yarımmüdafiəçi mövqeyində çıxış edir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verib.

Gununsesi.info