“Kəpəz” – “Qəbələ” matçının yeri dəyişdirilib

  • By admin
  • 26 Sentyabr 2017 22:34

239afc00-81a5-4e5f-8a0c-162d6d955668
Azərbaycan Premyer Liqasının VII turunda “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, görüş sentyabrın 29-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyun saat 18:30-da başlanacaq.
Səfiyarlı dəyişikliyin “Kəpəz” rəhbərliyinin istəyi əsasında gerçəkləşdiyini bildirib. Səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işlərinin hələ yekunlaşmaması göstərilib. “Qəbələ” tərəfi də bu xahişi qəbul edib. Əvəzində bu komandalar arasında noyabrın 25-də keçirilməli olan II dövrənin oyunu Gəncədə olacaq.
Qeyd edək ki, Peşəkar Futbol Liqası stadion dəyişikliyinə dair qərarı hələ açıqlamayıb

Gununsesi.info